Plenar iclaslar 2 İyul 2021, 14:41 | Baxış sayı: 329
“44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir".

“Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur. Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub: “44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”.

Xəbərlər