Plenar iclaslar 30 May 2023, 12:48 | Baxış sayı: 165
“4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir”

Milli Məclisin iclasında Türk İnvestisiya Fondunun yaradılması haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Tahir Mirkişili layihə barədə məlumat verərək bildirib ki,

2009-cü ilin 3 oktyabr tarixində Azərbaycan, Qazaxstan, Qırğız, Türkiyə və Özbəkistan Respublikaları arasında imzalanmış Naxçıvan sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranmışdır. 12 noyabr 2021-ci ildə Dövlət Başçıları şurasının qərarına əsasən Türk Dövlətləti Təşkilatı adlanıb: “Təkilatın yaradılmasında əsas məqsədlərdən biri də üzv ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadi inteqrasiyanı gücləndirməkdir. Bu məqsədlə keçən dövr ərzində nəqliyyat, gömrük, vergi sahəsində bir çox qanulara dəyişikliklər edilib.

İqtisadi inteqrasiyanı inkişaf etdirən mühüm alətlərdən biri də maliyyə aləti, yəni birgə fondların yaradılmasıdır. Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş bu mühüm aləötin yaradılması haqqındadır”. Komitə sədri bildirib ki, Saziş 16 mart 2023-cü ildə Ankarada imzalanıb: “Fondun yaradılmasında əsas məqsəd regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə üzv dövlətlərin iqtisadi inkişafına töhvə verməkdir.

Fondun funksiyaları və səlahiyyətləri sazişin 3-cü maddəsinə geniş təsvir edilib.

Fondun nizamnamə kapitalı 500 milyon dollardır. Onun 350 milyon dolları ödənilmiş, 150 milyon dolları ilə çağırıla bilən paylara aiddir. Nizamnamə kapitalı 5 üzv arasında bərabər bölünüb, hər bir üzv 75 milyon dollar ödənilmiş, 25 milyon dollar isə çağırıla bilən paya sahib olacaqlar. Hər bir üzv dövlət ilkin ödəniş kimi 5 milyon doları 90 gün ərzində, qalan 70 milyon dolları isə 3 il ərzində ödəməlidirlər.

Fondun təşkilatı və idarəetmə strukturu sazişdə aydın göstərilib. Hər bir üzv ölkə Rəhbərlər Şurasında təmsil olunacaq. Fond və onun aktivləri bütün müsadirə tədbirlərindən, həbs qoyulmadan immunitetə malikdir. Fondun aktivləri, gəlirləri bütün birbaşa və dolayi vergilərdən, gömrük rüsumlarından azaddırlar. Fond və ya onun hər hansı benefisiarı tərəfindən bütün valyuta və pul əməliyyatlarına heç bir məhdudiyyət qoyula bilməz. Amma bunlarla yanaşı, bu azad olmalar fond tərəfindən investisiya qoyulmuş müəssisisələrə aid edilmir.

2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib”. T.Mirkişili qeyd edib ki, son illər tərəflər arasındakı iqtisadi və ticarət əlaqələrində ciddi inkişaf müşahidə olunur: “1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-ə malik olan Türk dünyası birləşir və güclənir”.

Müzakirələrdən sonra layihə qəbul edilib.

Mənbə: musavat.com

Xəbərlər