Siyasət 9 May 2023, 17:37 | Baxış sayı: 197
"35 il əvvəlki ağlıma dil uzadanlar 35 il sonra da ağıllanmayacaqlar"

Yazmazdan öncə düşünün. İnsan dəqiqləşdirmədiyi, mahiyyətini alamadığı, təhrif edilmiş mətnlər əsasında necə fikir yürüdə, rəy söyləyə, cəmiyyətin düşüncəsini qarışdıra bilər? Anlaşılan iş deyil. Bu açıq-aşkar xəstəlikdir və mediada geniş yayılıb".

Demokrat.az xəbər verir ki, bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında bildirib.

Milli Məclisdə səsləndirdiyi bəzi fikirlərin təhrif edilərək mətbuat və sosial şəbəkələrdə yayıldığını diqqətə çəkən S.Rüstəmxanlı daha sonra qeyd edib:

"Mənim Milli Məclisin son yıncağındakı bir dəqiqəlik çıxışımda elə bir məsələyə toxunulub ki, gərək özünü bu ölkənin vətəndaşı sayan hər kəsi düşündürsün, narahat eləsin. Çıxışımda demişəm: "Keçən seçkilərdə HDP Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarından 25 faiz səs alıb. Azərbaycanda bu qədər HDP tərəfdarı yuva qurub. HDP-nin terror təşkilatlarına - PKK-ya dəstək verdiyini hər kəs bilir. Deməli, Azətrbaycan da terrordan qorunmalıdır və hüquq-mühafizə orqanları bunu nəzarətdə saxlamalıdırlar!"

Bunun seçkiyə nə aidiyyəti. Bəli, mən terrora dəstək verənlərin nəzarətə götürülməsini istəyirəm. Bu hər hansı partiyanın nəzarətə götürülməsi deyil. Mənim öz çıxışıma əsaslansalar belə yanlışlıqlar ortaya çıxmazdı..

Mənim 35 il əvvəlki ağlıma 35 il sonra dil uzadanlar 35 il sonra da ağıllanmayacaqlar, amma bəlkə indi dediyim sözün mənasını o vaxt anladılar!.."

Xəbərlər