““3+3” formatlı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər olacaq”
“Bu gün Azərbaycana qarşı Avropa Parlamentində təmsil olunan bir sıra qrupların təzyiqlərini hiss edir, eləcə də ədalətsiz yanaşmanı görürük”.
Bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropa İttifaqı ilə ən çox iqtisadi əməkdaşlıq edən də məhz Azərbaycandır: “Mübarizəmizi davam etdirməli, mövqeyimizi çatdırmalıyıq. Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırımı həyata keçirilməyib. “3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlərin olması qaçılmazdır”.
Komitə sədri söyləyib ki, Azərbaycana qarşı çıxan bir çox ölkələrin özləri belə müstəqil deyil: “Nəticədə orada qəbul olunan hər hansı ədalətsiz qərarı təsdiq etmək, yaxud qoşulmaq məcburiyyəti qarşısındadırlar. Ona görə də hər bir ölkə ilə bağlı fikirləri ortaya qoymalıyıq. Bu gün torpaqlarımızın bütövlüyünü təmin etmişik. Həm daxili auditoriya, həm də beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, onların mütəmadi şəkildə məlumatlandırılması vacibdir”.
report.az