"30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet belə məşhur reytinqlərdə yer almayıb"
Plenar iclaslar
14 İyul 2023, 16:49 | Baxış sayı:
183
"Təhsil haqqında" qanuna əsasən, universitet rektorları 5 il müddətinə təyin olunmalıdırlar. Rektorların əksəriyyəti isə 10 il müddətini ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
O bildirib ki, "Təhsil haqqında" qanunun indiki situasiyada tətbiqi çox vacibdir: "20 ildən çox, hətta 32 il işləyən rektorlar var. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet belə məşhur reytinqlərdə yer almayıb".
report.az