71 SAYLI MASALLI KƏND SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 35276
- Seçilmiş vəkil: Anar İsgəndərov
- Məntəqələrin sayı: 42
- Ərazi: MASALLI ŞƏHƏRİ, BƏDƏLAN KƏNDİ
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 335-22-32
- E-mail: [email protected]
Anar İsgəndərov
1956-cı il yanvarın 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. «Tərəqqi» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmiş, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu»na layiq görülmüşdür. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1978–1982-ci illərdə Masallı rayonunda orta məktəblərdə müəllim, direktor müavini işləmiş, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda kabinet müdiri olmuş, 1984–1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının baş laborantı, müəllimi, baş müəllimi, dosenti vəzifələrində çalışmışdır. 1999-cu ildən Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Gürcüstan, İraq, Özbəkistan, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.