81 SAYLI BEYLƏQAN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 37137
  • Seçilmiş vəkil: Şahin İsmayılov
  • Məntəqələrin sayı: 39
  • Ərazi: BEYLƏQAN RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇƏSİ 1

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Şahin İsmayılov

Şahin İsmayılov

1986-cı il fevralın 7-də Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, eləcə də Fransaşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Fransız, ingilis və rus dillərini bilir.
2008–2009-cu illərdə Azərbaycan Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Tədris hissəsinin dispetçeri, İnformasiya resursları kompleksinin baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2009–2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvüdür.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavinidir. Argentina, Kanada, Koreya, Latviya, Litva, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər