109 SAYLI BALAKƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44000
  • Seçilmiş vəkil: Nəsib Məhəməliyev
  • Məntəqələrin sayı: 39
  • Ərazi: BALAKƏN RAYONU SƏTTAR GÖZƏLOV KÜÇƏSİ 10 B

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Nəsib Məhəməliyev

Nəsib Məhəməliyev

1961-ci il fevralın 11-də Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmir yolu nəqliyyatında daşıma proseslərinin idarə edilməsi fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəxri dəmiryolçudur. 1 ixtirası, 2 səmərələşdirmə təklifi vardır. Rus və ingilis dillərini bilir.
1979–1981-ci illərdə hərbi xidmət keçmiş, 1982-ci ildən Rusiya Federasiyasının Saransk, Kuybışev şəhərlərində tikinti idarələrində dülgər, tikinti ustası, quraşdırma üzrə mühəndis, daha sonra kooperativ sədri işləmiş, 1989-cu ildən Azərbaycan Dəmir Yolu Balakən stansiyasının növbətçisi, 1991-ci ildən Balakən stansiyasının rəisi vəzifələrində çalışmış, 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiya, Belarus, Danimarka, Qətər, Macarıstan, Norveç, Pakistan, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər