121 SAYLI LAÇIN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 47827
  • Seçilmiş vəkil: Mahir Abbaszadə
  • Məntəqələrin sayı: 102
  • Ərazi: AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ QAÇQINLAR QƏSƏBƏSİ

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Mahir Abbaszadə

Mahir Abbaszadə

1975-ci il oktyabrın 27-də Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2 monoqrafiya, 21 elmi məqalə və 6 elmi tezis müəllifidir. Rus və ingilis dillərini bilir.
1997–2001-ci illərdə Güzdək Tikinti Materialları Kombinatı Kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Sumqayıt filialının mütəxəssisi, 2003–2015-ci illərdə «Zaminbank» ASC-nin Gənclik filialının xəzinə müdiri, mühasibi, müdiri vəzifələrində çalışmışdır. 2018-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Braziliya, İsveçrə, Kanada, Qazaxıstan, Mərakeş, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər