11 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 46382
  • Seçilmiş vəkil: Aydın Hüseynov
  • Məntəqələrin sayı: 37
  • Ərazi: QARADAĞ RAYONU QOBUSTAN QƏSƏBƏSİ AXUNDOV KÜÇƏSİ 4A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Aydın Hüseynov

Aydın Hüseynov

1962-ci il fevralın 10-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Rus dilini bilir.
1985–1988-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, 1988–1991-ci illərdə Qaradağ rayon komsomol komitəsində komsomol katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi rəisinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi müdirinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri Qaradağ Rayon Maliyyə İdarəsinin müdiri, 1999-cu ildən Sumqayıt Şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri Səbail Rayon Maliyyə İdarəsinin rəisi, 2009–2013-cü illərdə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı (Nərimanov) Xəzinədarlıq İdarəsinin rəisi, 2013–2015-ci illərdə 9 saylı (Səbail) Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Qaradağ rayon təşkilatının sədridir.
YAP Mərkəzi Aparatı Təşkilat şöbəsinin müdiridir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malayziya, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər