117 SAYLI OĞUZ-QƏBƏLƏ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 47175
- Seçilmiş vəkil: Aqiyə Naxçıvanlı
- Məntəqələrin sayı: 61
- Ərazi: OĞUZ ŞƏHƏRİ, Ş.QURBANOV KÜÇƏSİ 52
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

-
Partiya: YAP
- E-mail: [email protected]
Aqiyə Naxçıvanlı
Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957-1960-cı illərdə Oğuz (Vatraşen) şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967-1972-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (Bakı Slavyan Universiteti) tələbəsi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib.
1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib. 1974-1977-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin birinci katibi təyin edilib. 1975-1977-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
1977-ci ildə Azərbaycan LKGİ (Lenin Kommunist Gənclər Ittifaqının) Mərkəzi Komitəsinin məktəbli-gənclər şöbəsinin müdiri təyin edilib, Komsomolun Mərkəzi komitəsinin plenum üzvü seçilib.
1978-1980-ci illərdə Bakı Ali Partiya məktəbinin müdavimi olub.
1980-1983-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin ümumi şöbəsində təlimatçı vəzifəsində işləyib.
1983-cü ildən 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləyib.
1986-1995-ci illərdə Bakı Ali Partiya məktəbinin “Rus dili və ədəbiyyatı” kafedrasında baş müəllim vəzifəsində işləyib.
1995-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Azərbaycan və rus dili” kafedrasının müdiri vəzifəsində çalışıb.
1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
1996-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun elmi katibi, Aspirantura şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda “Fəlsəfə” kafedrasının dosenti olub.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb.
2002-ci ildə elmi pedaqoji fəaliyyətinin 30 illiyi münasibəti ilə rektorluq tərəfindən təşəkkür elan edilmişdir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Fəlsəfə və Sosial psixologiya” kafedrasının dosenti elmi adı almışdır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı Siyasi elmlər doktoru alimlik dərəcəsi verilmişdir.
2000-2005-ci illərdə Səbail rayon YAP qadınlar şurasının sədr müavini seçilmişdir.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin 28 mart, 713 saylı Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
2007-ci ildə Beynəlxalq Kadr Akademiyasının rəyasət heyətinin qərarı ilə “Fəxri akademik” adına layiq görülmüşdür.
2008-ci ildə Nərimanov rayon YAP siyasi şurasının üzvü seçilib.
2010-cu ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib. Ehtiyatda olan tibb bacısıdır.
2015-ci ildə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı seçilib, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri
Ailəlidir, 2 övladı var