83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 38459
  • Seçilmiş vəkil: Aqil Abbas
  • Məntəqələrin sayı: 42
  • Ərazi: AĞCABƏDİ RAYONU, HİNDARX QƏSƏBƏSİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Aqil Abbas
  • Telefon: +99499 3909959

Aqil Abbas

Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. 2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatıdır. Sonuncu dəfə 2020-ci ildə 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputat seçilib.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər