83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 38459
  • Seçilmiş vəkil: Aqil Abbas
  • Məntəqələrin sayı: 42
  • Ərazi: AĞCABƏDİ RAYONU, HİNDARX QƏSƏBƏSİ

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Aqil Abbas

Aqil Abbas

1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Lenin komsomolu, «Araz», «Dan ulduzu», «Qızıl qələm», «Qızıl kəlmə» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitab və 1 filmin ssenari müəllifidir. Rus dilini bilir.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləmişdir. 1977- ci ildən «Elm və həyat» jurnalının, 1987-ci ildən «Sovet kəndi» qəzetinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1990–2005-ci illərdə «Ədalət» qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildən «Ədalət» qəzetinin təsisçisidir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Meksika, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər