62 SAYLI SAATLI SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42032
  • Seçilmiş vəkil: Əziz Ələkbərov
  • Məntəqələrin sayı: 39
  • Ərazi: SAATLI ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV PROSPEKTİ 137

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Əziz Ələkbərov

Əziz Ələkbərov 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın (Ermənistanın) Vedibasar mahalının Qaralar kəndində anadan olub. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə gedib, 1977-ci ildə məktəbi bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1984-cü ildə həmin fakültəni bitirib. 1984-1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləyib. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olub. 1987-ci ildə təyinat müddətini bitirib Vedibasar mahalının Qaralar kəndinə qayıdıb, lakin 1988-ci ilin payızında ailəsi ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşıb. Ə.Ələkbərov 1988-ci ildən Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləyib. 2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərib və hazırda həmin institutun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, dosentdir. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib. Əvəz Ələkbərov 1991-1998-ci illərdə həm də mətbuatda çalışıb, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləyib. 1993-1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997-1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olub. 1996-1997-ci illərdə "Xalq qəzeti" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıdır. Ə.Ələkbərov nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunub "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilib. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir. O, həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısı və direktorudur. Həmçinin, Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru vəzifəsində çalışır və Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biridir. "Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun da üzvüdür. Hazırda, həm də Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədridir. 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilib.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər