82 SAYLI AĞCABƏDİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 47504
  • Seçilmiş vəkil: Tahir Rzayev
  • Məntəqələrin sayı: 46
  • Ərazi: AĞCABƏDİ RAYONU, FÜZULİ KÜÇƏSİ 39

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
Tahir Rzayev
  • Partiya: YAP

Tahir Rzayev

Tahir Rzayev 1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir. 1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə, 1971-ci ildən Ağcabədi rayonunda çıxan «Sürət» qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. 1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ekvador, Əfqanıstan, Norveç, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər