25 SAYLI NİZAMİ İKİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 45824
- Seçilmiş vəkil: Sədaqət Vəliyeva
- Məntəqələrin sayı: 33
- Ərazi: NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV 21A
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

-
Partiya: YAP
- E-mail: [email protected]
Sədaqət Vəliyeva
Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.
Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-fiziatr işləməyə başlayıb.
1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. İşlədiyi illər ərzində 1990-cı ildə Suraxanı rayonu Zığ qəsəbə Sovetinin deputatı olub. Ali dərəcəli həkimdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu, 2015-ci, 2020-ci illərdə keçirilən IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Bir qızı var.