18 SAYLI NƏRİMANOV-NİZAMİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 43510
  • Seçilmiş vəkil: Rasim Musabəyov
  • Məntəqələrin sayı: 32
  • Ərazi: NƏRİMANOV RAYONU Ə.ƏLİYEV KÜÇƏSİ 69A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Rasim Musabəyov

Rasim Musabəyov

1951-ci il yanvarın 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, politologiya üzrə dosentdir. 300-dən çox kitab, kitabça və elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1974–1976-cı illərdə Azərbaycan LKGİ MK Aparatı Tələbə-gənclər şöbəsinin müdiri, 1976–1982-ci illərdə Moskvada ÜİLKGİ MK Aparatının məsul işçisi, 1982–1985-ci illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin aspirantı olmuşdur. 1985–1989-cu illərdə ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin baş müəllimi, tədqiqat mərkəzinin laboratoriya müdiri işləmişdir. 1989-cu ildən Bakı Ali Partiya Məktəbinin laboratoriya müdiri, 1990-cı ildən Azərbaycan KP Bakı Şəhər Komitəsinin İdeologiya şöbəsinin müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında millətlərarası münasibətlər üzrə müşavir, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti Sədrinin birinci müavininin müşaviri, 1993–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dosenti, 1999–2010-cu illərdə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun baş məsləhətçisi vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Gürcüstan, İrlandiya, İsrail, Latviya, Litva, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 1 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər