89 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39951
  • Seçilmiş vəkil: Məzahir Əfəndiyev
  • Məntəqələrin sayı: 36
  • Ərazi: GÖYÇAY ŞƏHƏRİ, FÜZULİ KÜÇƏSİ 59

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Məzahir Əfəndiyev

Məzahir Əfəndiyev 1 fevral 1976-cı ildə Ağdaş rayonunda anadan olub. 1982-ci ildə Ağdaş rayonu M.Qorki adına 4 nömrəli orta məktəbdə təhsilə başlayıb, 1992-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə oxuyarkən Ümumittifaq Gənclər Təşkilatının (KOMSOMOL) məktəb dayağının sədri, tarix fənni üzrə zona olimpiadasında çempion adına layiq görülüb. 1994–cü ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun Dövlət və Bələdiyyə İdarəetməsi fakultəsinə qəbul olub əyani təhsil alıb. 1996–cı ildə həmin institutdan köçürülüb və təhsilini eyni ixtisas üzrə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirilib. 1999–cu ildə həmin institutu Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirib. 1999–cu ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasına Təhsilin təşkili və idarəolunması ixtisası üzrə qəbul olub və 2001-ci ildə qırmızı diplomla bitirib. 2007–ci ildə Böyük Britaniyanın Kembric Universitetində idarəetmə kurslarında iştirak edib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın İdarə Olunması ixtisası üzrə doktorantdır və akademiyada Regionlarda Davamlı İnkişafın təmin olunması üzrə magistrlarına dərs deyir. 1998–ci il tarixində hərbi xidmətdə olub, ehtiyata buraxıldıqdan sonra 1999–cu ildən 2019–cu ilə kimi BMT Azərbaycan ofisinin alt strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 1999-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Gənc Könüllülərin İdarəetmə Qrupu”nun Milli Koordinatoru, 2001-2006-cı illərdə Avropa ittifaqı, BMT İP və Azərbaycan Hökumətinin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” Regional Yardım Proqramının ölkə üzrə rəhbəri, 2006-2009-cu illərdə BMT İP-nin Bakı ofisində “Hüquq Mühafizə Orqanları ilə İş Bölməsi” nin rəhbəri, 2010-2012-ci illərdə Avropa İttifaqı və BMT İP-nin “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd idarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin rəhbəri, 2012-2014-cü illərdə BMT-nin Azərbaycan ofisinin Proqramlar üzrə rəhbəri, 2014–cü ildən 2017–ci ilə kimi BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin Strateji Əməkdaşlıq üzrə Müşaviri, 2017-2019–cu illərdə BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü Sərhəd keçid Məntəqəsinin İnkişafına Dəstək”, “Qlobal Əhəmiyyətli Aqro-biomüxtəlifliyin qorunması və davamlı istifadəsi”, “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihələrinə rəhbərlik edib. Məzahir Əfəndiyev 2019–cu ilin yanvar ayından 2020-ci parlament seçkilərinin nəticələri rəsmən elan olunana qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat məsələləri şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 1994-cü ildə gənclər hərəkatına fəal qoşularaq 1995-ci ildə “Gənc Alyansçılar” təşkilatının sədri seçilib, 1998-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) gənclər arasında “Narkomaniya ilə mübarizə” daimi komissiyasının sədri olub. 1999-cu ildə ARGTMŞ-nın 1-ci müavini, 1999-2001-ci illərdə mərkəzi qərərgahı Brüsseldə yerləşən Avropa Gənclər Forumunun Maliyyə Nəzarət Komitəsinin tamhüquqlu üzvü, Azərbaycan Hökuməti ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına xüsusi töhfələr verən, ölkənin nüfuzlu QHT-dən sayılan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasına da rəhbərlik edib. Çalışdığı təşkilatların fəaliyyət istiqamətlərinə uyğun dünyanın bir sıra ölkələrində müxtəlif istiqamətli tədbirlərdə iştirak etmək üçün xarici səfərlərdə olub. 1998–ci ildə Portuqaliyada Narkotiklərin leqallaşdırılmasına dair beynəlxalq konfrans, 2015-2016–cı illərdə Nyu Yorkda BMT-nin İqtisadi və Sosial Şurasının 4-cü Gənclər Konfransı, İordaniyada Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forum, 2000-2018–ci illər ərzində BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin qeyd olunan layihələri çərçivəsində Belçika, Rumıniya, İspaniya, Finlandiya, Avstriya, Xorvatiya, Polşa, Latviya, Estoniya və digər ölkələrdə müxtəlif beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edərək Azərbaycanı təmsil edib. 2002-2006–cı illərdə gənclər hərəkatında fəal iştirakıma görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müxtəlif fəxri fərmanları, Fəxri Gənc adına layiq görülmüş, 2006–cı ildə Dövlət Gömrük Komitəsinin “Gömrük əməkdaşlığının möhkəmlənməsinə görə” döş nişanı, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015–ci il tarixli, 643 nömrəli Sərəncamına əsasən BMT-nin yaradılmasının 70 illik yubileyi münasibəti ilə BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı, 15 dekabr 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti adından Fövqəladə Hallar Nazirliyinin, 2017-ci ildə Dövlət Sərhət Xidmətinin "Hərbi əməkdaşlıq sahəsində xidmətinə görə" medalları ilə, 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılımasının "100 illik yubileyi" medalı təltif olunub. 2020-ci ildə keçirilən VI çağırış Milli Məclisə seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilib. Ailəlidir, iki övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər