89 SAYLI GÖYÇAY-AĞDAŞ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 39951
- Seçilmiş vəkil: Məzahir Əfəndiyev
- Məntəqələrin sayı: 36
- Ərazi: GÖYÇAY ŞƏHƏRİ, FÜZULİ KÜÇƏSİ 59
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: Bitərəf
- Telefon: +99450 255-20-13
- Ünvan: [email protected]
Məzahir Əfəndiyev
1976-cı il fevralın 1-də Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin bakalavr pilləsini, eləcə də Təhsilin təşkili və idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Davamlı inkişafın idarə edilməsi üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Onlarca elmi və publisistik məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
1995–1996-cı illərdə «Gənc Alyansçılar» təşkilatının sədri, 1996–1998-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi nəzarət-təftiş komissiyasının sədri olmuşdur. 1998–1999-cu illərdə hərbi xidmət keçmişdir. 1999–2000-ci illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komitəsinin tam hüquqlu üzvü, 2000– 2001-ci illərdə BMT-nin İnkişaf Proqramının «Gənc könüllülərin idarəetmə qrupu»nun milli koordinatoru, 2001–2012-ci illərdə Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının və Azərbaycan hökumətinin «Cənubi Qafqazda narkotiklərə nəzarət» regional yardım proqramının, daha sonra «Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək» layihəsinin ölkə üzrə rəhbəri, 2012–2019-cu illərdə BMT-nin İnkişaf Proqramının Strateji əməkdaşlıq məsələləri üzrə müşaviri (hökumətlə əlaqələr sahəsində), 2019–2020-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Gürcüstan, Kanada, Misir, Ukrayna, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
2 övladı var.