39 SAYLI KƏPƏZ BİRİNCİ (GƏNCƏ) SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39161
  • Seçilmiş vəkil: Müşfiq Cəfərov
  • Məntəqələrin sayı: 29
  • Ərazi: GƏNCƏ ŞƏHƏRİ,NİZAMİ PROSPEKTİ BİNA 12

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Müşfiq Cəfərov
  • Partiya: YAP
  • Telefon: +99450 627-92-52
  • Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 434, YAP Gəncə şəhər Təşkilatının binası
  • E-mail: [email protected]

Müşfiq Cəfərov

1981-ci il iyulun 26-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr pilləsini, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr pilləsini, eləcə də ABŞ-ın Minnesota Universitetinin Dövlət idarəçiliyi təhsil kursunu bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
2005–2009-cu illərdə Gəncə şəhərində «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin sədri, 2009–2011-ci illərdə sədr müavini, 2012–2013-cü illərdə Oğuz rayonunda «AFRA» LTD MMC-nin icraçı direktoru olmuş, 2013– 2020-ci illərdə Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Hindistan, İtaliya, Koreya, Özbəkistan, Rumıniya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər