21 SAYLI NƏSİMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 34395
  • Seçilmiş vəkil: Məlahət İbrahimqızı
  • Məntəqələrin sayı: 29
  • Ərazi: NƏSİMİ RAYONU, V MİKRORAYON, 20 YANVAR KÜÇƏSİ,18 A

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin II Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Məlahət İbrahimqızı

Məlahət İbrahimqızı

Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan SSR-nın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.

1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda millət vəkili seçilmişdir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif olunub.

Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər