114 SAYLI ŞƏKİ KƏND BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39111
  • Seçilmiş vəkil: Əli Məsimli
  • Məntəqələrin sayı: 43
  • Ərazi: ŞƏKİ ŞƏHƏRİ AŞAĞI GÖYNÜK KƏNDİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı

Əli Məsimli

Əli Əhməd oğlu Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.

1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993-2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.

2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər