24 SAYLI NİZAMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 40325
- Seçilmiş vəkil: Könül Nurullayeva
- Məntəqələrin sayı: 31
- Ərazi: NİZAMİ RAYONU R.RÜSTƏMOV KÜÇƏSİ 27 A
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: Bitərəf
- Telefon: +99450 206-02-54
- E-mail: [email protected]
Könül Nurullayeva
1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Hazırda İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. İngilis və rus dillərini bilir.
2005-ci ildən «İrəli» Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, Hərəkatın Yenidən formalaşma üzrə Təşkilat komitəsinin sədri, 2007-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, 2009-cu ildən Beynəlxalq əlaqələr idarəsinin rəisi olmuşdur. 2011–2015-ci illərdə «Bakı-2020» Olimpiya Oyunlarına namizədlik komitəsinin icraçı direktoru, «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarına namizədlik komitəsinin icraçı direktoru, «Bakı-2015» Avropa Oyunlarının Əməliyyat komitəsinin xüsusi məsləhətçisi, Direktorlar Şurasının üzvü, 2015-ci ildən «Bakı-2017» İslam Həmrəyliyi Oyunları Təşkilat komitəsinin katibi, Əməliyyat komitəsinin MOK-la əlaqələr idarəsinin müdiri, 2013–2017-ci illərdə Avropa Olimpiya Komitəsinin İdmanda gender bərabərliyi komitəsinin üzvü, 2017–2019-cu illərdə Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsi baş direktorunun müavini vəzifələrində çalışmışdır. 2013-cü ildən İslam Həmrəyliyi İdman Federasiyası İcraiyyə Komitəsinin üzvü, 2017-ci ildən 5-ci İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə komitəsinin üzvü, 2018-ci ildən İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və idman komitəsinin rəhbəridir.
«Vankuver-2010» Qış Olimpiya Oyunlarında və «Soçi-2014» Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətlərinin rəhbəri, «London-2012» Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var