63 SAYLI SABİRABAD BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 41171
  • Seçilmiş vəkil: Kamal Cəfərov
  • Məntəqələrin sayı: 35
  • Ərazi: SABİRABAD ŞƏHƏRİ, 20 YANVAR KÜÇƏSİ 18

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Kamal Cəfərov

Kamal Cəfərov 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Antikorrupsiya elmləri üzrə” magistr proqramını fərqlənmə ilə bitirib. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib. K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür. 2013-2014-cü illərdə hərbi xidmət keçib. 2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi, 2016-2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb. K.Cəfərov cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırlması ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təqdim edilən qanun layihələrini plenar iclasda məruzəçi kimi təqdim edib. Kamal Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin müavinidir. 2015-ci ildən Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatorudur. 2017-ci ildən isə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir. K.Cəfərov QREKO tərəfindən ölkəmizə verilən tövsiyələrin icrası, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak etmiş, eyni zamanda bir sıra ölkələrin qiymətləndirmələrində iştirak etmişdir. K.Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. Bundan əlavə, o, Azərbaycan-Fransa, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İtaliya, Azərbaycan-ABŞ, Azərbaycan-Macarıstan, Azərbaycan-Yaponiya, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. K.Cəfərov 2016-cı ildən “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatorudur. K.Cəfərov 2015-ci ildən BMT-nin “Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisidir. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının ölkəmiz tərəfindən 2-ci monitorinq mərəhələsi üzrə implementasiyası və onun dəyərləndirilməsi prosesinə rəhbərlik edir. Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011-2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub. K.Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüdür. Kamal Cəfərov 2020-ci il 9 fevralda keçirilən Milli Məclisə seçkilərdə 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər