2 SAYLI ŞƏRUR SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 42934
- Seçilmiş vəkil: İsa Həbibbəyli
- Məntəqələrin sayı: 52
- Ərazi: ŞƏRUR RAYONU, ŞƏHRİYAR KÜÇƏSİ 10 A
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 216-15-16
- E-mail: [email protected]
İsa Həbibbəyli
1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, Çingiz Aytmatov Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Ankara Universitetinin fəxri dostu adına layiq görülmüşdür. Əməkdar elm xadimidir. «Şöhrət», «Şərəf» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Sokrat, Mahmud Kaşqari və Rəsul Rza beynəlxalq mükafatları almışdır. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 40-dan çox kitabın, 1000-dən artıq elmi məqalənin müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1971–1975-ci illərdə Şərur rayonunda kənd orta məktəbində müəllim işləmiş, hərbi xidmət keçmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru, 2013–2019-cu illərdə AMEA-nın vitse-prezidenti, 2019–2020-ci illərdə birinci vitse-prezidenti olmuşdur. 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Milli Məclis yanında Toponimiya komissiyasının sədridir. Çin, Danimarka, Estoniya, Finlandiya, Kuba, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
3 övladı var.