46 SAYLI ŞİRVAN SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 43417
- Seçilmiş vəkil: İltizam Yusifov
- Məntəqələrin sayı: 34
- Ərazi: ŞİRVAN ŞƏHƏRİ, Z.HACIYEV KÜÇƏSİ 2
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı

İltizam Yusifov
Yusifov İltizam Balayusif oğlu 01 dekabr 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub. Şəhər 9 saylı orta məktəbini bitirib. Moskva Enetgetika institutunun məzunudur.
Əmək fəaliyyətinə 1986 –cı ildə NeftGazAvtomat Elmi-İstehsalat Birliyinin (Sumqayıt) Avtomatika və Telemexanika zavodunda başlayıb. Sonradan “Shirvan Oil” Birgə Müəssisəsində əmək fəaliyyətini davam etdirib. 2003-cü ildən həmin müəssisədə rəhbər vəzifə olub Müəssisənin Bölgə direktoru olub, Shirvan Operating Company ltd” Vitse-Prezidenti vəzifəsində olub.
Texnika üzrə fəlsəfə Doktorudur. Dərc olunmuş 18 elmi məqalənın, 4 patent müəllifidir.
Əməkdar mühəndis fəxri adı — 2013–cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mühəndis ” fəxri adı verilmişdir.