19 SAYLI NƏRİMANOV BİRİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 44588
- Seçilmiş vəkil: Hikmət Məmmədov
- Məntəqələrin sayı: 35
- Ərazi: NƏRİMANOV RAYONU TƏBRİZ KÜÇƏSİ 68
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 277-12-19
- E-mail: [email protected]
Hikmət Məmmədov
1966-cı il aprelin 17-də Ermənistan Respublikasının Amasiya rayonunun Göllü kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. Əməkdar jurnalistdir. Mahmud Kaşqari beynəlxalq mükafatı, habelə «Qızıl qələm», Həsən bəy Zərdabi mükafatları laureatıdır. TÜRKSOY-un xüsusi media mükafatına, beynəlxalq «Türk dünyasına hizmət onur medalı»na layiq görülmüşdür. 75-dən çox elmi əsər, 4 dərslik, 4 monoqrafiya və 3 kitabın, yüzlərcə məqalənin müəllifidir. Rus dilini bilir.
1984–1986-cı illərdə hərbi xidmət keçmiş, 1986-cı ildən Bakı soyuducular zavodunda tornaçı, qaynaqçı, konstruktor işləmiş, 1993–1995-ci illərdə «Çinar» qəzetinin müxbiri, baş müxbiri, 1995–1999-cu illərdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışmışdır. 1997–2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Analitik informasiya şöbəsinin rəisi, Mətbuat xidməti və analitik informasiya mərkəzinin rəhbəri, Ümumi şöbə müdirinin müavini-mətbuat xidməti və analitik informasiya sektorunun müdiri, kollegiya üzvü olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının baş müəllimi, 2014-cü ildən isə professorudur. 2008-ci ildən «Yeni Azərbaycan» qəzetinin baş redaktorudur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin, İntizam komissiyasının, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Bosniya və Herseqovina, Böyük Britaniya, Çin, Gürcüstan, İndoneziya, İspaniya, Koreya, Qırğızıstan, Malta, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var