26 SAYLI SABUNÇU BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 51433
  • Seçilmiş vəkil: Fazil Mustafa
  • Məntəqələrin sayı: 37
  • Ərazi: SABUNÇU RAYONU BAKIXANOV QƏSƏBƏSİ, ƏLİ KƏRİM KÜÇƏSİ 8

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
  • - Milli Məclisin III Çağırışı
Fazil Mustafa

Fazil Mustafa

1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.
1984–1986-cı illərdə hərbi xidmət keçmiş, 1986–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin köməkçisi, müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Türkiyə Cümhuriyyətində özəl təmsilçisi, 1998–2001-ci illərdə AXCP sədrinin müavini olmuşdur. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motoatıcı taqım komandiri kimi xidmət etmişdir.
Böyük Quruluş Partiyasının sədridir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Braziliya, İordaniya, İran, Kolumbiya, Latviya, Malayziya, Malta, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər