16 SAYLI YASAMAL İKİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 35257
  • Seçilmiş vəkil: Erkin Qədirli
  • Məntəqələrin sayı: 29
  • Ərazi: YASAMAL RAYONU, Ə.HAQVERDİYEV KÜÇƏSİ 577-Cİ MƏHƏLLƏ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
Erkin Qədirli
  • Partiya: REAL

Erkin Qədirli

Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültələrində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlar üçün, həmçinin çeşidli milli və beynəlxalq layihələrdə və işçi qruplarda ekspert kimi fəaliyyət göstərib.

1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub.

2014-ci il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb.

Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib oldu və millətvəkili seçildi. Erkin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü seçilib.

Erkin Qədirli İrlandiya-Azərbaycan Parlamentlərarası İşçi qrupunun rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə üzv seçilib.

4 avqust 2020-ci ildən Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvüdür.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər