101 SAYLI GÖYGÖL-DAŞKƏSƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42082
  • Seçilmiş vəkil: Elşad Mirbəşir oğlu
  • Məntəqələrin sayı: 74
  • Ərazi: GÖYGÖL ŞƏHƏRİ,HEYDƏR ƏLİYEV PROSPEKTİ 36

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Elşad Mirbəşir oğlu

Elşad Mirbəşir 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir.

1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir.

1998-2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur.

10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur.

2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur.

2018-ci ildə “Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.

2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışmışdır.

2007-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır.

2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin sərancamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının sədri vəzifəsində çalışmışdır.

Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş, daha sonra isə Mərkəzin sədr müavini seçilmişdir.

Azərbaycan Dövlət Televiziyasının şərhçisi və «Dünya bu gün» siyasi-analitik verilişinin aparıcısıdır.

Yerli və beynəlxalq mediaya müsahibələrində bölgədə və dünyada baş verən hadisələri milli maraqlarımız kantekstindən şərh edir.

Bundan başqa, Yeni Azərbaycan qəzetinin siyasət şöbəsinin redaktorudur, “Yeni Azərbaycan” analitik qrupunun rəhbəri və Yeni Azərbaycan Partiyasının üzvüdür.

3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir.

Alman, rus və türk dillərində sərbəst danışır.

Ehtiyatda olan zabitdir.

Elşad Mirbəşir evlidir, iki övladı var.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər