75 SAYLI LƏNKƏRAN-MASALLI SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 38746
- Seçilmiş vəkil: Cavanşir Paşazadə
- Məntəqələrin sayı: 41
- Ərazi: LƏNKƏRAN RAYONU,LİMAN ŞƏHƏRİ 28 MAY KÜÇƏSİ 5
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- - Milli Məclisin III Çağırışı
- - Milli Məclisin IV Çağırışı
- - Milli Məclisin V Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 328-21-23
- E-mail: [email protected]
Cavanşir Paşazadə
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus, tacik və özbək dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İraq, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.