115 SAYLI ŞƏKİ KƏND İKİNCİ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 37542
- Seçilmiş vəkil: Cavanşir Feyziyev
- Məntəqələrin sayı: 43
- Ərazi: ŞƏKİ ŞƏHƏRİ R.AXUNDOV KÜÇƏSİ 5
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

- E-mail: [email protected]
Cavanşir Feyziyev
Cavanşir Feyziyev 1963-cü ildə, iyulun 12-si Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır.
1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur.
1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir.
1992–1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir.
1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır.
1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir.
1998–2002-ci illərdə ing. «Planet Co. Ltd» şirkətinin təsisçisi və direktoru olmuşdur.
2002–2010 "AvroMed" şirkətinin həmtəsisçisi və baş direktoru olmuşdur. ing. «Tour-İnvest» şirkətinin və ing. «Discovery Azerbaijan» elmi-kütləvi jurnalının təsisçi və baş redaktorudur.
2004–2009-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuşdur.
2010 — Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.
2011 — Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır.
2013 — Azərbaycan Respublikasının Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmişdir.
2015 — Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilmişdir.
60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir. Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.