104 SAYLI GƏDƏBƏY-TOVUZ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 44786
  • Seçilmiş vəkil: Arzu Nağıyev
  • Məntəqələrin sayı: 62
  • Ərazi: GƏDƏBƏY RAYONU,NOVOSARATOVKA KƏNDİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı

Arzu Nağıyev

Arzu Nağıyev 1963-cü il iyulun 27-də Oğuz rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun (Hazırda İdarəetmə Akademiyası) Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə, və 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla bitirmişdir. Qarabağ müharibəsi veteranıdır.

Təhlükəszilik orqanlarının ehtiyatda olan zabitidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın,çox saylı araşdırmaların və publisitik yazıların müəllifidir. Beynəlxalq və regional təhlükəsilik, narkotiklərin qanunsuz dövriyyəsi , kütləvi qırğın silahlarınınonların komponentlərinin qanunsuz dövriyyəsi,qanunsuz miqrasiya, insan alveri və dini radikal qurumların qanunsuz fəaliyyəti ilə mübarizə üzrə ekspertdir və bu sahədə beynəlxalq sertifikatlara malikdir.

1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-ci ildən «Trend» Beynəlxalq İnformasiya Agentliyi baş direktorunun müavinidir. Bitərəfdir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilmişdir.

MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər