96 SAYLI GORANBOY-NAFTALAN SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 39332
- Seçilmiş vəkil: Anar Məmmədov
- Məntəqələrin sayı: 45
- Ərazi: GÖRANBOY RAYONU, MƏMMƏD MƏHƏRRƏMOV 50
Çağırışlar
- - Milli Məclisin VI Çağırışı
- Partiya: YAP
- Telefon: +99450 324-27-91
- E-mail: [email protected]
Anar Məmmədov
1984-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2005–2006-cı illərdə hərbi xidmət keçmiş, 2007–2012-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Bakı Sərnişin Nəqliyyatı» MMC-də müfəttiş, bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. AzərbaycanSlovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.