Vətəndaş Birliyi Partiyası

  • Quruluş tarixi: 12 Avqust 2005
  • Qurucular: Sabir Hacıyev

Haqqında

VBP 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. 2000-ci ilin parlament seçkilərindən sonra partiyada fikir ayrılığı yaranıb və təşkilat 2001-ci ildə partiya katibi, hazırda Ümid Partiyasının sədri olan İqbal Ağazadə və Ayaz Mütəllibovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. İqbal Ağazadənin tərəfdarları isə 2002-ci ildə VBP adından imtina edib və Ümid Partiyasına birləşiblər. 2003-cü ildə Mütəllibov VBP-nin Azərbaycan Sosial Demokrat Partiyasına birləşməsi haqqında qərar qəbul edib. Lakin partiya katibi olan Sabir Hacıyev bununla razılaşmayıb və VBP onun rəhbərliyi altında fəaliyyətini davam etdirir. Ayaz Mütəllibov istefa verərək ASDP-yə keçib. VBP 2005-ci ilin parlament seçkilərinə müxalifət partiyası kimi qatılıb və hazırda seçki komissiyalarında müxalifəti təmsil edir.

Millət Vəkilləri

Xəbərlər