6 SAYLI CULFA-BABƏK SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 34616
  • Seçilmiş vəkil: Ülviyyə Həmzəyeva
  • Məntəqələrin sayı: 39
  • Ərazi: CULFA RAYONU, CULFA ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PROSPEKTİ 50

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Ülviyyə Həmzəyeva

Ülviyyə Həmzəyeva

1982-ci il aprelin 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini, eləcə də Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. UNESCO-nun «Yeni era» Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Dünyanın bir çox ölkələrində fərdi və qarışıq sərgiləri keçirilmişdir. Rus və ingilis dillərini bilir.
2004–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təsviri sənət kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Estoniya, Finlandiya, İran, İtaliya, Qazaxıstan, Meksika, Pakistan, Polşa, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər