3 SAYLI BABƏK-KƏNGƏRLİ-NAXÇIVAN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 41679
  • Seçilmiş vəkil: Səttar Möhbalıyev
  • Məntəqələrin sayı: 46
  • Ərazi: BABƏK RAYONU, BABƏK QƏSƏBƏSİ, HEYDƏR ƏLİYEV PROSPEKTİ 4

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin II Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Səttar Möhbalıyev

Səttar Möhbalıyev

Möhbalıyev Səttar 1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir.

1980-1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir.

1991-ci ildə isə demokratik seçki nəticəsində Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranmışdır. 1992-ci ildə S.Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir. 1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilmişdir.

S.Möhbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.

Elmi məqalələri var. Bir sıra dərsliklərin və tədris metodiki vəsaitlərin müəllifidir. İqtisad elmləri doktoru, professordur.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyev qurumun vitse-prezitenti seçilmişdir.

Evlidir, üç övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

KOMİSSİYALAR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər