30 SAYLI SURAXANI BİRİNCİ SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 36952
  • Seçilmiş vəkil: Sevinc Fətəliyeva
  • Məntəqələrin sayı: 27
  • Ərazi: SURAXANI PAYONU HÖVSAN QƏSƏBƏSİ OQTAY ŞABANOV KÜÇƏSİ 19 B

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı

Sevinc Fətəliyeva

Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məкtəbi bitirib. 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000-2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb. Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doctorudur. Sevinc Fətəliyevanın atası – Həbib Fətəliyev Azərbaycan SSR-nin sənaye naziri olub.

 

2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır. O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis filologiyası" Kafedrasının müdiridir.

 

Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı. 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi. O, 2010-2015-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvüdür.2015-2017 -ci illər ərzində Avropa Şurasının uşaqlar üzrə Baş Məruzəçi vəzifəsində çalışıb.

 

2016-2018 -ci illərdə AŞPA -nın Sosial məsələlər,Sağlamlıq və Davamlı İnkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri vəzivəsində çalışıb.

 

Sevinc Fətəliyeva 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərə qatıldı. 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi. (2015-2020) Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədrinin müavini, İctimai birliкlər və dini qurumlar Komitəsinin isə üzvü vəzifələrində çalışıb. Sevinc Fətəliyeva Azərbaycan-Danimarкa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,ABŞ, Çili, İsveç, Qətər, Misir, Peru, Yaponiya və Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının isə üzvü olub. Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Qadınlar Şurasının isə sədr müavinidir.

 

Ailəsi

Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər