54 SAYLI ŞABRAN-SİYƏZƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 52315
  • Seçilmiş vəkil: Sadiq Qurbanov
  • Məntəqələrin sayı: 70
  • Ərazi: ŞABRAN ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PROSPEKTİ 115

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
Sadiq Qurbanov
  • Partiya: YAP

Sadiq Qurbanov

Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakultənin dissertantı olmuş, eyni zamanda «Nəzəri mexanika və bütöv mühit mexanikası» kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “texnika elmlər namizədi” namizədlik dərəcəsini almışdır. 1997-2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001-2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» fakultəsində təhsil almışdır.

1999-2006-cı illərdə YAP-ın icra katibliyində «Partiyalar arası əlaqələr şöbəsi»nin müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsi»ndə nəzarət sektorunun rəhbəri vəzifəsində çalışmışdır. İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır. Eyni zamanda “Azərbaycan Respublikası Neft – qaz sənayesi işçilərinin respublika həmkarlar komitəsində” sədr müavini vəzifəsində çalışır. Mexanika-riyaziyyat sahəsində 11 elmi məqalənin, hüquq ixtisası sahəsində isə 15 elmi əsərlərin və «Əmək Məcəlləsinin kommentariyası» kitabının həmmüəllifidir.

9 fevral 2020-ci ildə Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputat seçilmişdir.

Ailəlidir, iki övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər