77 SAYLI ASTARA SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39864
  • Seçilmiş vəkil: Rəşad Mahmudov
  • Məntəqələrin sayı: 44
  • Ərazi: ASTARA RAYONU, NİZAMİ KÜÇƏSİ 11

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Rəşad Mahmudov

Rəşad Mahmudov

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur.

1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxumuşdur.

Universitet təhsili

1991-1997-ci illərdə 9 Eylül Universiteti, Tibb fakültəsində ali təhsil almışdır.

Diplomdan sonrakı təhsili

1997-2003-cü illərdə Türkiyə Cumhuriyyəti Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.

2003-cü ildə Türkiyə Cumhuriyyəti Ege Universitetində Uzmanlıq Diplomu müdafiə etmişdir.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

2007-2015-cı illərdə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.

 

1997-2004-ci illərdə Türkiyə Cümhuriyyəti "Ege Universiteti"nin ürək-damar cərrahiyəsi mərkəzində ürək-damar cərrahı işləmişdir.

2004-2005-ci illərdə Türkiyə Cümhuriyyəti Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir.

2005-2017-cı illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləmişdir.

2017-2018-ci illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

2018-ci ildən hal-hazıra qədər Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.

9 yerli ürək və damar cərrahı kadrı hazırlamışdır.

Ölkədə və xaricdə 75-dən çox çap olunmuş elmi məqalələr.

1999-cu ildə Türkiyədə "Aort Cərrahiyəsi" kıtabının həmmüəllifidir.

2014-cü ildə İtalyada "Trikuspid Qapaq Cərrahiyyəsi" kitabında həmmüəllifdir.

 

2005-2015-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında 8000-dən çox açıq ürək əməliyyatları icra etmişdir. Regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə, Şamaxı, Cəlilabad, Quba) yeni açılmış diaqnostik mərkəzlərdə 1000-ə yaxın açıq ürək əməliyyatları aparmışdır.

2005-ci ildə xaricdə keçirilən 50-dən çox beynəlxalq konfransda iştirakçı olmuşdur. 2006-cı ildən etibarən R.Mahmudov Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox beynəlxalq , regional konfransların təşkilinə rəhbərlik etmiş və 35-dən çox elmi məqalələrin tərtibatçısı olmuşdur. 

20-22 Noyabr 2014-cü il tarixləri arasında "20 Noyabr Ümumdünya Uşaqlar Günü"-nə həsr olunmuş "Children's hearts beat in Azerbaijan" (Uşaq ürəkləri Azərbaycanda döyünür) şüarı altında "Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Beynəlxalq Ürək Qrupu ilə birgə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq konfransda dörd qitəni (Amerika, Avropa, Asiya və Afrika) əhatə etməklə 47 ölkədən dəvət olunmuş pediatr, kardioloq və ürək-damar cərrahları iştirak etmişdir. Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycanda ilk dəfə olaraq ürək-damar xəstəliklərinə aid "Ürəklər susmasın" adlı sosial öhdəlikli video çarx hazırlanmış və konfransın rəsmi tədbirində nümayiş edilmişdir.

 

2015-ci il Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.

2020-ci il Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən millət vəkili seçilmişdir.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər