77 SAYLI ASTARA SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39864
  • Seçilmiş vəkil: Rəşad Mahmudov
  • Məntəqələrin sayı: 44
  • Ərazi: ASTARA RAYONU, NİZAMİ KÜÇƏSİ 11

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Rəşad Mahmudov

Rəşad Mahmudov

1974-cü il yanvarın 18-də Astara rayonunda anadan olmuşdur. Türkiyə Respublikasında 9 Eylül Universitetini və Ege Universitetini bitirmişdir. Əməkdar həkimdir. Tibb elmləri doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş «Qızıl çinar» beynəlxalq mükafatına layiq görülmüşdür. 20-yə qədər beynəlxalq konfransın təşkilatçısı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 3 kitabın, 80-ə yaxın elmi məruzə və məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
«Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası» İctimai Birliyi İdarə Heyətinin sədridir.
1997–2003-cü illərdə Türkiyə Respublikasında Ege Universitetinin Ürək cərrahiyyəsi kafedrasında həkim cərrah, 2003–2004-cü illərdə Sifa xəstəxanasında ürək və damar cərrahı, 2004–2005-ci illərdə Kent Xəstəxanasında ürək və damar cərrahı kimi çalışmışdır. 2005–2017-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanası Ürək və Damar Cərrahiyyəsi Mərkəzinin rəhbəri, 2017–2018-ci illərdə Respublika Diaqnostika Mərkəzi direktorunun müavini olmuşdur. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalı ElmiTəcrübi və Tədris Mərkəzinin rəisidir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Estoniya, İraq, İtaliya, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.

 

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər