105 SAYLI TOVUZ SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 46291
- Seçilmiş vəkil: Qənirə Paşayeva
- Məntəqələrin sayı: 40
- Ərazi: TOVUZ RAYONU QOVLAR ŞƏHƏRİ, AZADLIQ KÜÇƏSİ 16
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
- - Milli Meclisin III Çağırışı
- - Milli Meclisin IV Çağırışı
- - Milli Meclisin V Çağırışı

Qənirə Paşayeva
Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
30 sentyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının qaliblərindən biri elan edib.
“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib. Gürcüstanın fəxri vətəndaşıdır.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
Subaydır. Firuzə adlı mənəvi qızı var.