99 SAYLI ŞƏMKİR KƏND SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 43499
- Seçilmiş vəkil: Nurlan Həsənov
- Məntəqələrin sayı: 39
- Ərazi: ŞƏMKİR RAYONU ZƏYƏM QƏSƏBƏSİ, M.P.VAQİF KÜÇƏSİ 63
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı

-
Partiya: YAP
- E-mail: [email protected]
Nurlan Həsənov
Həsənov Nurlan Urfan oğlu 1988-ci il 3 fevral tarixində Şəmkir şəhərində anadan olmuşdur. 1993-2004-cü illərdə Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, 2008-2009-cu illərdə Almaniyanın Bremen Universitetində hüquq üzrə magistratura təhsili almışdır. 2010-2014-cü illərdə Bremen Universitetində “Avropa İttifaqı və Azərbaycan – Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanda Hüquqi Dövlət Strukturlarının gücləndirilməsi və Avropa İttifaqının bu sahədə rolu” mövzusu üzrə doktorluq elmi işi yazıb, müdafiə edərək “Hüquq Elmləri Doktoru” (Dr. jur – Doktor der Rechtswissenschaften) elmi dərəcəsini qazanmışdır.
2012-ci ildə Almaniya Bundestaqında Almaniya Sosial Demokratlar Partiyasının Federal Millətvəkili Steffen-Claudio Lemmenin yanında iş təcrübəsi keçmişdir. Bu müddət ərzində “Dağlıq Qarabağ münaqişəsi – Siyasət və Hüququn mübarizəsi arasında” adlı elmi məqalə yazmışdır. Həmin məqalə kitabça formasında çap olunaraq Almaniya Federal Parlamenti və Almaniya Milli kitabxanalarına daxil edilmişdir.
2015-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.
2016-2017-ci illərdə Almaniyanın Robert-Bosch fondu, Almaniya Xarici Siyasət Cəmiyyəti və Potsdam Universiteti tərəfindən birlikdə təşkil olunan Karl-Fridrix Gördeler Kollecində “Düzgün İdarəçilik” proqramı üzrə ixtisasartırma kursu keçmişdir.
2017-2019-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibliyində çalışmışdır.
2019-cu ilin sentyabr ayının 10-dan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.
Evlidir, iki övladı var.