86 SAYLI İSMAYILLI SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 41582
  • Seçilmiş vəkil: Novruzəli Aslanov
  • Məntəqələrin sayı: 69
  • Ərazi: İSMAYILLI ŞƏHƏRİ H.ƏLİYEV PROSPEKTİ 59A

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
  • - Milli Məclisin III Çağırışı
  • - Milli Məclisin IV Çağırışı
  • - Milli Məclisin V Çağırışı
Novruzəli Aslanov

Novruzəli Aslanov

1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirmişdir. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. «Tərəqqi» medalı, 3-cü dərəcəli və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, direktor müavini işləmişdir. 1991-ci ildən «Azərağackağız» İdarəsinin rəis müavini, rəisi, «Azərağackağız» Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Belarus, Bəhreyn, Bosniya və Herseqovina, Danimarka, Kuba, Monteneqro, Pakistan, Rusiya, Tacikistan, Ukrayna, Uruqvay, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər