44 SAYLI SUMQAYIT-XIZI SEÇKİ DAİRƏSİ
- Seçicilərin sayı: 41232
- Seçilmiş vəkil: Müşfiq Məmmədli
- Məntəqələrin sayı: 43
- Ərazi: SUMQAYIT ŞƏHƏRİ, AZƏRBAYCAN PROSPEKTİ 21, SUMQAYIT DÖVLƏT DRAM TEATRININ BİNASI
Çağırışlar
- - Milli Meclisin VI Çağırışı
-
Partiya: YAP
- E-mail: [email protected]
Müşfiq Məmmədli
Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb.
2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb.
2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub.
2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.
2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində "Səhiyyə təşkilatlarının menecmenti" ixtisasına da yiyələnib.
2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.