40 SAYLI KƏPƏZ İKİNCİ (GƏNCƏ) SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42090
  • Seçilmiş vəkil: Musa Quliyev
  • Məntəqələrin sayı: 30
  • Ərazi: GƏNCƏ ŞƏHƏRİ,H.ƏLİYEV PROSPEKTİ 66

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin II Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Musa Quliyev
  • Partiya: YAP

Musa Quliyev

Musa Urud(Quliyev) 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Qarakilsə(Sisyan) rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir (1978). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlamışdır (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri(1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləmişdir.

İlk mətbu şeirləri 1984-cü ildə xalq şairi Məmməd Arazın "Uğurlu yol" təqdimatı ilə "Azərbaycan gəncləri" qəzetində çıxmışdır. 1988-ci ildə əlisilahlı erməni quldurları tərəfındən doğma yurddan ellikcə qaçqın salınmışdır. Bununla əlaqədar onun kövrək poeziyasına doğma yurd həsrəti, didərginlik taleyi, el dərdi müharibə ağrı-acıları motivləri daxil olmuşdur. Gəncədə "İlham" ədəbi birliyinin fəal üzvü kimi yazıb-yaratmışdır. Prezident təqaüdçüsü (1998), "Nizami Aydın", "Araz", "Yusif Məmmədəliyev" ədəbi mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür.

2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş, 2005-ci il noyabrın 6-da 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən üçüncü çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət Komitəsinin sədrinin müavinidir. Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Evlidir, 3 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər