111 SAYLI ZAQATALA-BALAKƏN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 46923
  • Seçilmiş vəkil: Kamilə Əliyeva
  • Məntəqələrin sayı: 44
  • Ərazi: ZAQATALA RAYONU F.ƏMİROV KÜÇƏSİ 42/43

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Kamilə Əliyeva
  • Partiya: YAP

Kamilə Əliyeva

Kamilə Əli ağa qızı Əliyeva 1967-ci il iyunun 8-də Bakı şəhərində anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki BDU) biologiya fakültəsində alıb. 

Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin ali təhsil ocağında müəllim, baş müəllim, dosent kimi çalışıb. Hazırda BDU-nun Biologiya fakültəsinin genetika təkamül təlimi kafedrasının professoru, biologiya elmləri doktorudur. Həmçinin, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının biologiya bölməsi üzrə elmi katibidir. 

Kamilə Əliyeva 2010-cu ildən 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Milli Məclisinin IV, V və VI çağırış deputatı seçilib. 

2019-cu il mayın 28-də  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub. 

Ailəlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər