59 SAYLI SALYAN SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39800
  • Seçilmiş vəkil: Jalə Əhmədova
  • Məntəqələrin sayı: 40
  • Ərazi: SALYAN RAYONU,XƏLİL RZA ULUTÜRK KÜÇƏSİ 36

Çağırışlar

  • - Milli Məclisin VI Çağırışı
Jalə Əhmədova

Jalə Əhmədova

1981-ci il aprelin 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. «Wing Chun» Döyüş Sənəti Federasiyasının təsisçisi və birinci vitse-prezidenti olmuş, hal-hazırda Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir. Rus və ingilis dillərini bilir.
2007-ci ildən «Alyans Hüquq Konsaltinq» MMC-də hüquq məsləhətçisi, 2008-ci ildən «Texnikabank» ASC-də mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini işləmişdir. 2010–2014-cü illərdə Bakı Apellyasiya Məhkəməsində mütəxəssis-inspektor, aparıcı məsləhətçi, məhkəmə iclas katibi, sədrin köməkçisi-aparıcı məsləhətçi, 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində şöbə müdirinin müavini olmuşdur. 2016–2020-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Kadrlar şöbəsində zabit, baş zabit-hüquqşünas vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Çexiya, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər