65 SAYLI SAATLI-SABİRABAD-KÜRDƏMİR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 42832
  • Seçilmiş vəkil: Əhliman Əmiraslanov
  • Məntəqələrin sayı: 56
  • Ərazi: SAATLI RAYONU, QIRAQLI KƏNDİ

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Əhliman Əmiraslanov

Əhliman Əmiraslanov

Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.

1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.

1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.

1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.

Ə.T.Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir.

O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın, həmçinin "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin "Səhiyyə komitəsi"nin sədridir.

2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.

18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 29 iyun 2016-cı ildə UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.

Ailəlidir, iki oğlu, dörd nəvəsi var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər