69 SAYLI CƏLİLABAD-MASALLI-BİLƏSUVAR SEÇKİ DAİRƏSİ

  • Seçicilərin sayı: 39601
  • Seçilmiş vəkil: Fəzail İbrahimli
  • Məntəqələrin sayı: 35
  • Ərazi: GÖYTƏPƏ ŞƏHƏRİ, QURTULUŞ 43

Çağırışlar

  • - Milli Meclisin VI Çağırışı
  • - Milli Meclisin II Çağırışı
  • - Milli Meclisin III Çağırışı
  • - Milli Meclisin IV Çağırışı
  • - Milli Meclisin V Çağırışı
Fəzail İbrahimli

Fəzail İbrahimli

Fəzail Feyruz oğlu İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib.Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

2000, 2006 (təkrar), 2010, 2015 və 2020-ci illərdə keçirilən parlamant seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib və 2006-cı ildən Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.

Hazırda VHP Siyasi Şurasının üzvü və partiya sədrinin birinci (İdeoloji məsələlər) üzrə müavinidir.

Ailəlidir, üç övladı var

ÇAĞIRIŞLAR

KOMİTƏLƏR

Ümumi Reytinq

Çıxışlara görə statistika

Aktivliklər

Xəbərlər